Bank Of Baku

Azərbaycanın azyaşlı musiqiçiləri Mərakeşdə keçirilən beynəlxalq uşaq festivalında çıxış ediblər

Azərbaycanın azyaşlı musiqiçiləri Mərakeşdə keçirilən beynəlxalq uşaq festivalında çıxış ediblər
# 26 iyun 2010 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mərakeş Krallığının paytaxtı Rabat şəhərində keçirilən beynəlxalq uşaq festivalı iyunun 27-də başa çatacaq. APA-nın məlumatına görə, festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin təhsil sektorunun müdiri Vaqif Babayevin rəhbərliyi ilə uşaqlardan ibarət muğam üçlüyü təmsil edir. Sabah başa çatacaq festivalda 15 ölkədən nümayəndələr iştirak edir. Festival çərçivəsində Mərakeş Krallığı Mədəniyyət Nazirliyinin konsert salonunda Azərbaycan qrupunun ilk çıxışı olub. Azyaşlı musiqiçilərimizin ifasında səslənən muğam parçaları tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Festival çərçivəsində musiqiçilərimizin müxtəlif konsert salonlarında daha 3 çıxışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR