Bank Of Baku

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə “Üzeyir dünyası” adlı layihə həyata keçiriləcək

Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə “Üzeyir dünyası” adlı layihə həyata keçiriləcək
# 28 iyun 2010 07:30 (UTC +04:00)
Şəki. Ülkər Qasımova - APA. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi münasibəti ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə APA-ya açıqlamasında bildirib ki, bununla əlaqədar böyük layihə hazırlanır. Layihə “Üzeyir dünyası” adlanır: “Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə xüsusi hazırlaşırıq. Qeyd olunan layihə çərçivəsində dahi bəstəkarımızın parteturaları yeddi cilddə Azərbaycanda ilk dəfə olaraq nəşr olunacaq. Bu nəşr Heydər Əliyev Fondu tərəfindən reallaşacaq”.

F. Əlizadə deyib ki, Ü. Hacıbəylinin 1916-cı ildə yazdığı “Əsli və Kərəm” operası indiyədək Azərbaycanda dilində hazırlanmayıb: “Biz onu müxtəlif mənbələrdən yığıb nəşr edirik. “Koroğlu” operası isə kiril əlifbası ilə nəşr olunub, bu dəfə latın qrafikasında çap olunacaq”. “Üzeyir dünyası” layihəsi çərçivəsində bəstəkarın anadan olduğu gün - sentyabrın 18-də Üzeyir Hacıbəyli adına beynəlxalq festivalın keçirilməsi də nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR