Bank Of Baku

Musiqili Komediya Teatrında Jak Offenbaxın “Kandardakı yar və yaxud toy gecəsində sərgüzəşt” komediyası səhnələşdiriləcək

Musiqili Komediya Teatrında Jak Offenbaxın “Kandardakı yar və yaxud toy gecəsində sərgüzəşt” komediyası  səhnələşdiriləcək
# 28 iyun 2010 07:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Musiqili Teatrların Beynəlxalq Assosiasiyası gənclərlə bağlı budəfəki layihəsini ötən ildən assosiasiyaya üzv qəbul edilən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında reallaşdıracaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlətlərarası mədəni əməkdaşlığın inkişafı və assosiasiyaya daxil olan teatrların gənc rejissorlarının mübadilə qaydasında mədəni dialoqlarda iştirakı layihənin əsas qayəsini təşkil edir. Elə bu məqsədlə də Sverdlovsk Dövlət Musiqili Komediya Teatrının baş rejissoru, Rusiyanın xalq artisti, “Qızıl Maska” Milli mükafat laureatı Kiril Savelyeviç Strejnevin tələbəsi Sergey Yunqans tamaşa hazırlamaq üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilib. S.Yunqans teatrın rus bölməsində Jak Offenbaxın “Kandardakı yar və yaxud toy gecəsində sərgüzəşt” komediyasını səhnələşdirəcək.

Qeyd edək ki, Jak Offenbaxın eyniadlı əsəri Azərbaycan teatrında ilk dəfə 1989-cu ildə elə musiqili komediya teatrının səhnəsində tamaşaya qoyulub. S.Yunqansın 2011-ci ilin yanvarında tamaşanın məşqlərinə başlayacağı nəzərdə tutulur.

Musiqili Teatrların Beynəlxalq Assosiasiyası tərəfindən həyata keçirilən bu layihənin növbəti mərhələsində yerli teatrın bir gənc rejissoru assosiasiyaya daxil olan hansısa teatrda tamaşa qoymaq üçün dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR