Bank Of Baku

Şəkidə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Oazis” simli kvartetinin təqdimatı keçirilib - FOTOSESSİYA

Şəkidə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Oazis” simli kvartetinin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2010 22:49 (UTC +04:00)
Şəki. Ülkər Qasımova – APA. Şəkidə keçirilən “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı davam edir. APA-nın Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, festival çərçivəsində iyunun 28-də Alban Məbədində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) “Oazis” simli kvartetinin təqdimatı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, qrupun təşəbbüskarı Firəngiz Əlizadə bildirib ki, simli kvartet 2010-cu ildə ABİ-nin nəzdində yaradılıb. Onun sözlərinə görə, kvartet ilk dəfə olaraq “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalında çıxış edib. “Oazis” simli kvarteti təqdimat zamanı W.A.Motsartın “Kiçik gecə” serenadası, Firəngiz Əlizadənin “Oazis”, Qara Qarayev “Kvartet”, Dmitriy Şostakoviçin “Yumoreska” əsərlərini ifa ediblər.

Daha sonra “Yuxarı Karvansaray”da Şəki Musiqi Kollecinin tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri təqdim edilib. Tədbirin davamı olaraq “Samulnori” Cənubi Koreya Folklor Ansamblı ilk dəfə olaraq Azərbaycanda konsert proqramı ilə, Koreya milli geyimində çıxış ediblər. Cənubi Koreya musiqiçiləri Şərq alətlərində təbiət çalarlarının səs rənglərini təzahür etdirən musiqi nömrələri ilə tədbir iştirakçıların xoş-əhval ruhiyyə bəxş ediblər. Dörd nəfərdən ibarət ansamblda musiqiçilər kiçik qonq, böyük qonq, qum saatına bənzər zərb aləti və zərb alətində ifa ediblər. Ansambl üzvləri bildiriblər ki, musiqi alətləri Koreya Musiqi mədəniyyəti əlamətlərinin göstəricisidir.

Tədbirdə çıxış edən millət vəkili, akademik Yaqub Mahmudlu Koreya milli musiqisini “Koroğlu”nun qəhrəmanlığa səsləyən cəngisi ilə müqayisə eləyib və bildirib ki, Azərbaycanla Koreya sərhəd baxımından çox uzaq olmalarına baxmayaraq bu iki ölkənin milli musiqiləri eyni kökdən qaynaqlanır. Konsertdən sonra Şəkinin icra başçısının müavini Zərinə Cavadova tədbirdə iştirak edən Koreyanın Azərbaycandakı səfiri Li Ji-Haya üzərində Şəkinin rəmzi olan gümüş mükafat təqdim edib.

Qeyd edək ki, Şəkidə keçirilən “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Festival iyulun 2-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR