Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümünü “Şeyx Sənan” tamaşası ilə yekunlaşdırıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümünü “Şeyx Sənan” tamaşası ilə yekunlaşdırıb
# 30 iyun 2010 12:51 (UTC +04:00)
Bakı. Ülkər Qaslmova - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümünü H. Cavidin “Şeyx Sənan” səhnə əsəri ilə yekunlaşdırıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Tamaşada əsas rolları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Rahib Əliyev, Gülər Nəbiyeva, Nofəl Vəliyev, İlqar Cahangirov, aktyorlar Vahid Əliyev, Sərvər Əliyev, Rəzzaq Məmmədov, Məhərrəm Musayev və başqaları ifa edirlər.

Teatr yeni 83-cü mövsümünü sentyabrın 15-də açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR