Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta” tamaşasının ilkin məşqləri başlayıb

Dövlət Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta” tamaşasının ilkin məşqləri başlayıb
# 09 iyul 2010 09:17 (UTC +04:00)
Bakı. Səidə İsmayılova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümü yekunlaşdırmaq üzrədir. Məzuniyyətə ərəfəsində teatrda dahi Şekspirin məşhur “Romeo və Cülyetta” əsərinin ilkin məşqləri keçirilir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı, işıq üzrə rəssamı və xoreoqrafı isə Rusiyanın tanınmış teatr sənətçiləridir. Tamaşada teatrın aktyor heyəti ilə yanaşı, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə aktyorları da rol alıblar. Teatrın bədii və artist heyəti iyulun 9-da mövsümün son məşqində iştirak edib, məzuniyyətə yola düşəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə səhnələşdirilən “Romeo və Cülyetta” tamaşasının premyerası noyabrın sonu üçün nəzərdə tutulub. Xatırladaq ki, teatr özünün yeni 83-cü mövsümünə sentyabrın 15-də start verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR