Bank Of Baku

Akademik Milli Teatrının binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir

Akademik Milli Teatrının binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir
# 09 iyul 2010 10:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əblüfəs Qarayev deyib. O bildirib ki, artıq uzun müddətdir teatrda aparılan əsaslı təmir işləri uğurla davam etdirilir: “Dövlət Akademik Milli Dram Teatrının binası əsaslı təmirdən sonra yeni mövsümdə artıq istifadəyə veriləcək. Teatrın binası yeni formada, tam müasir standartlara cavab verəcək şəkildə çox qısa müddətdən sonra teatrsevərlərə təqdim olunacaq. Ümidvaram ki, teatr maraqlı və yüksək səviyyəli tamaşaları ilə bizləri sevindirəcək, Azərbaycan teatrına layiq tamaşalar təqdim edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR