Bank Of Baku

Azərbaycan musiqiçiləri Təbrizdə konsert proqramı ilə çıxış edəcək

Azərbaycan musiqiçiləri Təbrizdə konsert proqramı ilə çıxış edəcək
# 12 iyul 2010 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq artisti, tarzən Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır. Bu barədə APA-ya məlumat verən tarzən bildirib ki, iyulun 20-si və 21-də Təbrizdə növbəti konsert proqramında iştirak edəcək. Səfər İranın məşhur şair-publisisti Xosrov Sərtibinin dəvətlə baş tutacaq: “Dəvət hələ qışda İrana səfərim zamanı edilmişdi. Mən də məmnuniyyətlə razılıq verdim. Nəhayət, səfər bu ay reallaşacaq. İyulun 18-də Təbrizə yola düşəcəyik. Ora mənimlə yanaşı bir neçə sənət adamı - kamança ifaçısı, xalq artisti Fəxrəddin Dadaşov, xanəndələr İlkin Əhmədov, Səbuhi İbayev və Babək Niftəliyev də gedəcəklər. Ümid edirəm ki, konsertimiz maraqla qarşılanacaq". M. Müslümovun sözlərinə görə, iki günlük konsert proqramında xanəndələr xalq mahnıları və ritmik muğamlar səsləndirəcəklər. Tarzən özü isə solo ifa ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR