Bank Of Baku

Musiqili Komediya Teatrı 100-cü mövsümünü başa vurub

Musiqili Komediya Teatrı 100-cü mövsümünü başa vurub
# 12 iyul 2010 09:30 (UTC +04:00)
Bakı. Fidan Məmmədova - APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100-cü mövsümünün bağlanışı keçirib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 11-də baş tutan mövsüm bağlanışında teatr kollektivinin ifasında Ramiz Mirişli və Marat Haqverdiyevin ”Amerikalı kürəkən” tamaşası nümayiş etdirilib. Tamaşanın rejissoru əməkdar artist İlham Namiq Kamal, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Nabat Səmədovadır. Tamaşanın rollarında xalq artistləri İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR