Bank Of Baku

Gəncədə ABŞ səfirliyinin təşkilatçılığı ilə foto sərgi keçirilir

Gəncədə ABŞ səfirliyinin təşkilatçılığı ilə foto sərgi keçirilir
# 12 iyul 2010 10:07 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Yaxşıların yaxşısı" adlı sərgi təşkil olunub. Sərgidə nümayiş olunan şəkillər "Kamil vətəndaş" İB-də "İlin ən yaxşı şəkilləri" beynəlxalq fotojurnalistika müsabiqəsindən seçilmiş əsərlərdən ibarət olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, sərgidə ABŞ səfirliyinin mətbuat katibi Kit Bin də iştirak edib.

Foto sərgidə jurnalistlərin dünyada baş verən yaddaqalan hadisələrdən çəkdiyi fotoşəkillər nümayiş olunub. Bu fotoşəkillər Missuri Jurnalistika Universitetində hər il keçirilən "İlin şəkilləri" Beynəlxalq fotojurnalistika müsabiqəsində mükafata layiq görülmüş əsərlərdir. Sərginin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrin ən yaxşı jurnalistlərini tanımaq və vizual jurnalistikanın vacibliyini göstərməkdir. Sərgi 10 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR