Bank Of Baku

“Azərbaycan” kinoteatrında “Alatoran” filminin “Tutulma” adlı üçüncü hissəsinin premyerası anşlaqla davam edir - FOTOSESSİYA

“Azərbaycan” kinoteatrında “Alatoran” filminin “Tutulma” adlı üçüncü hissəsinin premyerası anşlaqla davam edir - <font color=red>FOTOSESSİYA </font>
# 12 iyul 2010 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dünyaya səs salan və qısa müddətdə çoxsaylı tamaşaçı auditoriyası toplayan “Alatoran” (“Twilight”) filminin “Tutulma” (“Eclipse”) adlı üçüncü hissəsinin premyerası Azərbaycanda da davam edir. APA-nın məlumatına görə, “Azərbaycan” kinoteatrında iyunun 30-dan başlayaraq nümayiş olunan film yerli əhali tərəfindən böyük maraqla qarşılanır. Elə ilk gündən başlayaraq bu filmi kinoteatr ekranlarından izləmək istəyənlərin sayı həddindən artıq çox olub. Hər gün üç seansla nümayiş olunan film elə ilk gündən etibarən anşlaqla keçir. Filmin biletlərin qiyməti isə Azərbaycanda 10 manata satışa çıxarılıb. Təəssüfləndirici hal ondadır ki, kinoteatrda qəti surətdə sanitariya qaydalarına riayət olunmur və bu da tamaşaçılara filmi müsbət ab-havada izləməyə mane olur. Film nümayiş olunan zalda hər yerə “popkorn” və içki qablarının tökülməsi, zaldakı kəskin qoxu tamaşaçıları ciddi şəkildə narahat edir.

“Azərbaycan” kinoteatrında səlahiyyətli şəxsləri dünya şöhrətli filmin premyerasına bu cür halların kölgə salmasına aydınlıq gətirməyiblər. Mədəniyyət və Turizm Nazirliyindən isə bu kinoteatrın özəl fəaliyyət göstərildiyi bildirilib və bu haldan xəbərsiz olduqlarını deyiblər.

Qeyd edək ki, Stefan Mayerin eyniadlı əsəri əsasında “Summit Entertainment” kinostudiyasında istehsal olunan dörd hissədən ibarət olacaq “Twilight”nin rejissoru Ketrin Xardvik, prodüserləri Vik Qodfri, Cemi Marşall, ssenari müəllifi Melissa Rozenberq, operatoru Elliot Devis, bəstəkarı Karter Barvelldir. Filmdə əsas rolları dünyaca tanınmış aktyorlar Kristen Stüart, Robert Pattinson və Teylor Lotner çıxış edir. Triller – melodrama, eyni zaman fantaziya janrında olan filmin bundan öncə təqdim olunan birinci hissəsi “Twilight - Saga”, ikinci hissəsi “Twilight – New moon”, üçüncü hissəsi “Twilight - Eclipse”dir. Bu filmin nümayiş olunan iki hissəsi artıq çoxsaylı mükafatlar qazanıb. Bu mükafatların əksəriyyəti filmdə vampir rolunu canlandıran Robert Pattinson qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR