Bank Of Baku

Azərbaycanda yeni animasiya filmləri istehsal olunub

Azərbaycanda yeni animasiya filmləri istehsal olunub
# 12 iyul 2010 11:42 (UTC +04:00)
Bakı. Xəyalə Mahmudova – APA. “Azanfilm” Kinostudiyası tərəfindən bir neçə yeni animasiya filmi istehsal olunub. Bu barədə APA-ya məlumat verən “Azanfilm”in direktoru Elçin Hami Axundov bildirib ki, yeni cizgi filmlərindən biri ”İt sərgisi” adlanır. Filmin quruluşçu rejissoru və rəssamı Arif Məhərrəmovdur. Azyaşlı tamaşaçıların maraqla izləyəcəyi “İt sərgisi” animasiya filminin istehsalı ötən həftə artıq başa çatıb və bu günlərdə ekranlarda nümayişi nəzərdə tutulur. Elçin Hami Axundovun sözlərinə görə, gələn həftə “Tırtılın arzusu” adlı animasiya filminin istehsalı başa çatacaq. Sözügedən cizgi filminin ssenari müəllifi Gülşən Tofiqqızı, rejissoru isə Firəngiz Quliyevadır. Hazırda istehsal olunması üçün daha 5-6 cizgi filmi ssenarisi hazırlanır və yaxın müddətdə bu ssenarilər əsasında animasiya filmlərinin çəkilişlərinə başlanılacaq. Elçin Hami Axundov yeni istehsal olunan animasiya filmlərinin beynəlxalq festivallarda iştirakını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR