Bank Of Baku

Avstraliyanın “Bird Walk Records” şirkəti Azərbaycanlı muğam ifaçısı Qoçaq Əsgərovun diskini buraxıb – FOTO

Avstraliyanın “Bird Walk Records” şirkəti Azərbaycanlı muğam ifaçısı Qoçaq  Əsgərovun diskini buraxıb – <font color=red>FOTO </font>
# 13 iyul 2010 12:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı muğam ifaçısı Qoçaq Əsgərovun Avstraliyanın “Bird Walk Records” şirkəti tərəfindən diski buraxılıb. Müğam ifaçısının APA-ya verdiyi məlumatına görə, ifası Avstraliyanın yerli radio dalğalarında səslənən ərəfələrdə musiqi şirkətinin nümayəndələri tərəfindən onun albomunu çıxarmaq ideyası yaranıb. Şirkətlə uğurlu əməkdaşlıqda xanəndəyə YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova dəstək olub. Albom hazır olan kimi Böyük Britaniyada bu il keçirilən “Womad” beynəlxalq dünya musiqi, mədəniyyəti və rəqsləri festivalının iştirakçılarına təqdim edilib.Azərbaycandan həmin festivalda Qoçaq Əsgərovun solisti olduğu “Turan” qrupu iştirak edib. Daha sonra yüksək tirajla buraxılan toplu bu günlərdə Azərbaycana gətirilib.
Xanəndənin məlumatına görə, albom beynəlxalq səviyyədə buraxıldığı üçün yazılı təqdimatı ingilis dilində aparılıb. Albomda dinləyicilərə 5 ifa – “Bayatı-Şiraz” və “Çahargah” dəsgahı, “İrəvanda xal qalmadı” xalq mahnısı, “Buludlar” təsnifi və ən sonda “Səndən nigaranam” adlı mahnısı təqdim edilib. Albomun satışına ilk öncə Avstraliyada başlanıb, daha sonra toplu Yeni Zellandiyaya yayılıb. Xanəndə onu da bildirib ki, qochaqesgerov.az adlanan saytı bu həftə istifadəyə veriləcək. Qeyd edək ki, portal bioqrafiya, yaradıcılıq, audio, video, fotoqalereya və s. bölümlərdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR