Bank Of Baku

Dünyasını dəyişmiş 100-dən çox aşığa həsr olunmuş fotoalbom nəşr ediləcək

Dünyasını dəyişmiş 100-dən çox aşığa həsr olunmuş fotoalbom nəşr ediləcək
# 14 iyul 2010 13:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyəti yeni layihə üzərində işləyir. APA-nın məlumatına görə, layihə əsasında dünyasını dəyişmiş 100-dən çox aşığa həsr olunmuş fotoalbom nəşr ediləcək. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə həyata keçirilir. XX əsrin əvvəllərindən başlayaraq qurultaylarda və aşıqların iştirak etdikləri müxtəlif dövlət tədbirlərində çəkilmiş Azərbaycan aşıqlarının fotoşəkilləri kitabda əksini tapacaq. Fotoalbomun bu ilin sentyabrında nəşri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR