Bank Of Baku

Elza Seyidcahan və daha iki musiqiçi Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub

Elza Seyidcahan və daha iki musiqiçi Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub
# 15 iyul 2010 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul olunub. İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu APA-ya verdiyi açıqlamasında bildirib ki, üzvlüyə qəbul olunanlar əməkdar artist Elza Seyidcahan, bəstəkar Nərminə Nağıyeva və musiqişünas Sevinc Rzayevadır. Onun sözlərinə görə, Elza Seyidcahan ittifaqa ad günündə üzv qəbul edilib. Mətbuat xidmətinin rəhbəri son üç il ərzində Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə 10 bəstəkarın qəbul olunduğunu deyib: “Üzvlüyə qəbul olmaq üçün ittifaqa müraciətlər çoxdur. Bəstəkarlar İttifaqına üzv olmaq istəyənlər mütləq konservatoriyanın bəstəkarlıq və ya musiqişünaslıq fakültəsinin məzunu olmalıdır. Onlar bəstəkar kimi ən azı beş il fəaliyyət göstərməli və peşəkar bəstəkar kimi özlərini sübut etməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR