Bank Of Baku

ABŞ Hərbi Dəniz Qüvvələrinin Nəfəsli Çalğı Alətləri Ansamblının üzvləri Azərbaycanda gənc musiqiçilərə seminar keçib - FOTO

ABŞ Hərbi Dəniz Qüvvələrinin Nəfəsli Çalğı Alətləri Ansamblının üzvləri  Azərbaycanda gənc musiqiçilərə seminar keçib - <font color=red>FOTO</font>
# 19 iyul 2010 12:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin Nəfəsli Çalğı Alətləri Ansamblı Mərdəkan İnternat Məktəbinin Nəfəsli Alətlər Orkestrinin 15 gənc musiqiçisi ilə seminar keçirib. APA-nın məlumatına görə, Azərbaycanda üç günlük səfərdə olan Hərbi Dəniz Qüvvələrinin Ansamblı şagirdləri bu yaxınlarda Qəbələdə keçiriləcək Beynəlxalq Musiqi Festivalında ifalarına hazırlaşmaları üçün qayda və metodları bölüşüblər.

“Səfərimizin məqsədi klassik, caz və hərbi musiqi nümayiş etdirmək və həmçinin gənclər və musiqiçilərlə əlaqələr yaratmaqdır. Bu tədbirlər bizə bunların hər ikisini həyata keçirməyə imkan verdi. Uşaqların bacarıq səviyyəsi çox yüksəkdir və onlara Qəbələ musiqi festivalında uğurlar diləyirəm”. Bu sözləri orkestrin rəhbəri Rocer Starçer deyib.

Mərdəkan internat məktəbinin orkestri 30 ildən artıqdır ki, gənc istedadlı musiqiçilər yetişdirir və çoxsaylı milli və beynəlxalq müsabiqələrin qalibidir. ABŞ-ın Bakıdakı Səfirliyi ABŞ-la Azərbaycan arasında mədəni mübadilə proqramlarının bir hissəsi kimi Azərbaycanın hər yerində bu məktəblə və bu növ digər məktəblərlə işləməkdə davam edir.

Nəfəsli Calğı Alətləri üzrə Ansambl beş peşəkar musiqiçidən ibarətdir və ABŞ-ın Avropa Komandanlığı üzrə Hərbi Dəniz Qüvvələri Orkestrinin bir hissəsidir. Bu orkestr Şərqi Avropa və Afrika boyunca öz musiqiləri ilə xoş niyyətlətlərini yaymaq və əməkdaşlıq ruhunu tərənnüm etməyə müvəffəq olub.

Qeyd edək ki, bu ansambl bu gün saat 20:00-22:00-da “Park Bulvar” Ticarət Mərkəzində açıq havada konsert verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR