Bank Of Baku

Fərhad Bədəlbəyli Londonda konsert verib

Fərhad Bədəlbəyli Londonda konsert verib
# 21 iyul 2010 10:47 (UTC +04:00)
Bakı. Fidan Məmmədova –APA. Londonun “Cadogan Hall” salonunda xalq artisti, məşhur pianoçu Fərhad Bədəlbəyli konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, proqramda Sergey Raxmaninov və bir sıra bəstəkarların əsərləri səsləndirilib. Fərhad Bədəlbəylini səhnədə tanınmış dirijor Dmitri Yablonskinin rəhbərlik etdiyi Britaniya Kral Filarmoniya orkestri müşayiət edib.

Qeyd edək ki, “Cadogan Hall”da iyulun 9-dan 13-dək dirijor Dmitri Yablonskinin rəhbərlik etdiyi Britaniya Kral Filarmoniya orkestri müşayiəti ilə Azərbaycan bəstəkarlarının musiqiləri lentə köçürülüb. Konsertə Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə solist kimi çıxış edib. İki ildən sonra Naxos Rights International Limited şirkətində onların əsərlərindən ibarət disk işıq üzü görəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR