Bank Of Baku

Şamaxıda rəssamların yaradıcılıq emalatxanası təşkil ediləcək

Şamaxıda rəssamların yaradıcılıq emalatxanası təşkil ediləcək
# 21 iyul 2010 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 24-31 iyul tarixlərində Şamaxıda rəssamların yaradıcılıq emalatxanası təşkil ediləcək. APA-nın məlumatına görə, yaradıcılıq emalatxanalarının təşkil olunmasında məqsəd Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sənətə marağın artırılması, rəsm qalereyalarının fondlarının zənginləşdirilməsi və rəssamları bir araya gətirməkdir. Yaradıcılıq emalatxanasında on rəssam - Müseyib Əmirov, Ələsgər Kazımov, Arzu Əsgərov, Emin Əsgərov, Adil Yusifov, Anar Hüseynzadə, Elşad Hüseynov, İnna Kostina, İlahə Əliyeva, Ruqiyyə Rəhimova iştirak edəcək. Tədbirə Ağdaş, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonunun gənc rəssamları, Uşaq İncəsənət Məktəbinin tələbələri dəvət olunacaq və onlara peşəkar rəssamlar tərəfindən ustad dərsləri keçiriləcək. Tədbirin keçirildiyi zaman ərzində, peşəkar rəssamlarla yanaşı, tələbələr tərəfində yaradılacaq rəsm əsərləri Şamaxı Rayon Rəsm Qalereyasının Fonduna qəbul ediləcək. Tədbir rəsm əsərlərinin sərgisi ilə yekunlaşacaq.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq Qəbələ, Şəki və Qaxda bu tip emalatxanalar təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR