Bank Of Baku

İrəvan Azərbaycan Dram Teatrı cənub bölgəsində qastrol səfərində olub

İrəvan Azərbaycan Dram Teatrı cənub bölgəsində qastrol səfərində olub
# 21 iyul 2010 12:04 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı cənub bölgəsində qastrol səfərində olub. APA-nın yerli bürosunun məlumatına görə, Lerik və Yardımlı rayonlarından sonra teatrın truppası Azərbaycanın Astara şəhərində yazıçı İsi Məlikzadənin “Hərənin öz ulduzu” komediyası ilə çıxış edib. Tamaşaçıların maraqla seyr etdikləri bu səhnə əsərinin quruluşçu rejissororu Anar Sadıqov, musiqi tərtibatçısı Rövşən Qurbanov, rejissor assistenti Elnarə Heydərovadır. Əsas rolları respublikanın xalq artisti Süleyman Nəcəfov, əməkdar artist Vaqif Kərimov, aparıcı aktyorlar Niyaməddin Səfərəliyev, Elnarə Heydərova, Aliyə Əliyeva, Samir Bayramov və digərləri ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR