Bank Of Baku

“Sevil” filminin plakatının neqativi Dövlət Film Fonduna təqdim olunub

“Sevil” filminin plakatının neqativi Dövlət Film Fonduna təqdim olunub
# 22 iyul 2010 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın məşhur “Sevil” filminin plakatının neqativi Dövlət Film Fonduna təqdim olunub. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, bu neqativ Məmməd Babayevin şəxsi arxivindən fonda təhvil verilib. Hazırda plakat üzərində bərpa işləri aparılır.

C. Quliyev deyib ki, keçmiş “Sovet musiqisi” nəşriyyatının əməkdaşı tərəfindən Dövlət Film Fonduna xalq artisti, pianoçu Fərhad Bədəlbəylinin foto sənədləri də təqdim olunacaq. Bu sənədlər hazırda Ukraynadadır və oradan fonda göndəriləcək.

Bununla yanaşı, Dövlət Film Fondu tərəfindən görkəmli rejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Rasim İsmayılov, Həbib İsmayılov, Arif Babayev, Eldar Quliyev və daha bir neçə rejissorun çəkdiyi filmlərinin foto-plakatları bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR