Bank Of Baku

Qəbələdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Qəbələdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
# 26 iyul 2010 20:53 (UTC +04:00)
Qəbələ.Şahnəzər Bəşirov-APA. Qəbələ şəhərində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

APA-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalının ikinci günündə orkestr yerli və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Azad Əliyevin drijorluq etdiyi konsertdə bəstəkar Edvard Qriqin «Fortopiano və orkestr üçün konserti», Rauf Əliyevin «Şuşanın dağları başı dumanlı», Fərhad Bədəlbəylinin «Şuşa», Sergey Rahmaninovun «Fortopiano və orkestr üçün konserti», Fizuli Hüseynovun «Kapriççio», Cuzeppe Verdinin «Bolero», Manuel de Falyanın «İspan bağlarında gecələr», Con Bizenin «Karmen» operasından «Qaraçı» mahnısı təqdim olunub.

İyulun 27-də axşam saat 21:00-da isə dünya şöhrətli Kuba cazmenlərinin konserti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR