Bank Of Baku

Azərbaycanın “Bir addım” filmi VIII Beynəlxalq İrpen Kinofestivalında nümayiş olunacaq

Azərbaycanın “Bir addım” filmi VIII Beynəlxalq İrpen Kinofestivalında nümayiş olunacaq
# 03 avqust 2010 09:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İmper Qrup Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi avqustda Ukraynanın İrpen şəhərində keçirilən VIII Beynəlxalq İrpen Kinofestivalında Azərbaycanı təmsil edəcək. İmper Qrup Prodüser Mərkəzindən APA-ya verilən məlumata görə, festivalın seçim komissiyasına 56 ölkədən 320-dən artıq film təqdim edilib. “Bir addım” filmi avqustun 8-də festivalın “Peşəkar bölümü”ndə nümayiş olunacaq. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, bəstəkarı Rauf Aliyevdir. Filmdə baş rollara Gulzar Qurbanova, Pərviz Məmədrzayev və Nərminə Kərimova çəkilib.
Mərkəzdən bildirilib ki, “Bir addım” filmi Imper Qrup Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR