Bank Of Baku

Azərbaycanın «Koramal» filmi beynəlxalq filmlər festivalında «Ən yaxşı bədii film» nominasiyasının qalibi olub - FOTO

Azərbaycanın «Koramal» filmi  beynəlxalq filmlər festivalında «Ən yaxşı bədii film»  nominasiyasının qalibi olub - <font color=red>FOTO</font>
# 03 avqust 2010 12:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. İyulun 18-dən 22-ə kimi İranda keçirilən «Rəhmət» qısametrajlı beynəlxalq filmlər festivalında iştirak edən «Koramal» filmi «Ən yaxşı bədii film» nominasiyası üzrə qalib olub. Filmin ssenari müəllifi və quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyevdir. X. Abdullayevin APA-ya verdiyi məlumata görə, filmin operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzovadır. Filmdə İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev çəkiliblər.
«Koramal» bu mükafatı dünyanın 30-dan çox ölkəsinin 50-ə yaxın filmi arasından əldə edib. Ümumilikdə isə festivalın proqramında 100 –dən çox film yer alıb. Onu da qeyd edək ki, «Koramal» filmi Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu il «Bu meydan, bu ekran» layihəsi çərçivəsində «EXA Prodakşn»da istehsal olunub. «Koramal» 2009-cu ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “2ANNAS” beynəlxalq film festivalında “Special Mention” mükafatına, Serbiyada keçirilən 8-ci "Dokufest" film festivalında mükafatına, Ukraynada keçirilən «Stupeni» beynəlxalq kino festivalından «Ən Yaxşı rejissor işi» nə görə mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR