Bank Of Baku

Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatıb
# 05 avqust 2010 20:29 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ II Beynəlxalq Musiqi Festivalı başa çatıb. APA-nın yerli bürosunun məlumatına görə festivalın sonuncu günü Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestrinin növbəti konserti olub. Orkestrin solistlərini məşhur amerikalı pianoçu və dirijor Dmitri Yablonski və dünya şöhrətli rusiyalı pianoçu Boris Berezovski müşayiət edib. Konsertdə bəstəkar Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün konsert” və “2 saylı simfoniya” əsərləri səsləndirilib.
Festivalın bağlanış mərasimində çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov və Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli on iki gün davam edən bu beynəlxalq musiqi tədbirinin əhəmiyyətindən danışıb.
Festival atəşfəşanlıqla başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR