Nicat Kazımov: “Cənnət Səlimovanın bütün tamaşaları sionist mövqelidir, azərbaycanlılara ikrah hissi açıq-aydın görünür” - MÜSAHİBƏ
- Teatrın baş rejissoru Cənnət Səlimova ilə aranızda yaranan narazılığın səbəbi nədir?
- Yaradıcılıq olan yerdə həmişə problemlər olur. Ancaq indiyə kimi bu böyüklükdə problem olmayıb. Ötən il Kamera, Gənclər və Gənc Tamaşaçılar teatrlarını birləşdirilib, bir teatr kimi formalaşdırdılar. Cənnət Səlimova da teatrın baş rejissoru təyin olundu. Şəxsən mənim üçün teatrın baş rejissorunun kim olması o qədər də önəmli deyildi. Mənim üçün əsas işləməyə imkanın verilməsidir. Hər halda baş rejissor kürsüsündə gözüm yoxdur. Teatrlar birləşdiriləndən əvvəl də, ondan sonra da rejissor kimi fəaliyyət göstərmişəm.
- Bəs nə istəyirsiniz?
- Cənnət xanım baş rejissor təyin olunandan az sonra qəzetlərdən birinə müsahibə verib, bizim teatrın kollektivini dərnək adlandırmışdı. Bir müddət sonra iclasda yenə də bu mövqeyini təkrar elədi. Biz bu mövqeyə etirazımızı bildirdik. Cənnət xanım işə başlayandan sonra öz tamaşalarına və aktyorlarına meydan verirdi. Bizim repertuarımızdakı tamaşalardan isə bircə mənim hazırladığım “Pəri Cadu”nu saxladı. Özü isə Kamera Teatrından gətirdiyi “Şeyx Sənan”, “Məkkəyə gedən yol”, “Aydın” və digər tamaşalarını repertuara daxil edib, öz aktyorlarını oynatdı. Bizim aktyorlara isə səhnəni doldurmaqda və digər belə epizodik şeylərdə yer verdi. Bizə dedi ki, ona bir az vaxt verək, klassik tamaşalar hazırlamaq istəyir. Razılaşdıq. Onun tamaşalarının bədii keyfiyyəti çox aşağı səviyyəli, sionist mövqeli idi, bütün tamaşalarda azərbaycanlılara ikrah hissi açıq-aydın görünür. Bu onun düşüncə tərzidir.
- Əsas problem bundan ibarədir?
- Məsələlinin başqa tərəfləri də var. O, bir müddətdən sonra məndən başqa bütün rejissorlara iş verdi. Mənə dedi ki, rejissor assistenti işləyəcəyəm. Mən isə bildirdim ki, heç kimə assistentlik etməyəcəyəm. Yalnız Belarusdan dəvət olunan Natalya Başovaya köməklik edə biləcəyimi dedim. Beləcə ilik mübahisəmiz yarandı. Sonra digər yaradıcı məsələlərlə bağlı da fikir ayrılıqlarımız oldu. Söhbət ondan gedir ki, bu bir il ərzində Cənnət xanım kollektivin hörmətini qazanmayıb, əksinə itirib. Bunu istənilən aktyordan soruşa bilərsiniz ki, görək, onu teatrda kim sevir? Bundan başqa, teatrın qarşısında ancaq öz tamaşalarının afişalarını asdırır. Bizim afişalar isə gözdən uzaq bir yerdə asılır. O, artıq Kamera Teatrını unutmalıdır. Kamera Teatrının aktyoru Şövqü Hüseynov ona nə qədər əzizdirsə, Nicat Kazımov da ona o qədər əziz olmalıdır. Şövqünün adını misal olaraq çəkdim. Sən axı niyə bizə ögey ana kimi baxırsan? Natalya Başovaya deyir ki, “ne obraşay vnimaniye, eto dikiy narod” (“Fikir vermə, bu vəhşi xalqdır” – red.) Axı sən kimsən mənim millətimə belə həqarət edirsən?
- Onun milli mənsubiyyəti necədir ki?
- Bir tərəfi yəhudi, bir tərəfi isə ləzgidir. Uzun sözün qısası narazılıq belə-belə yığılıb axırda problemə çevrildi. Bu adam hətta Gənc Tamaşaçılar Teatrının 83 illik tarixinin üstündən xətt çəkib deyir ki, teatr bir ildir, fəaliyyətə başlayıb. Amma o, belə deməməlidir. Bir dəfə Ağaxan Salmanlı ilə mübahisə zamanı dedi ki, “Mən yəhudi xalqını sevirəm. İstəyirəm, hamı bilsin ki, mən böyük erməni xalqını da çox sevir və qarşısında baş əyirəm”. O, sonra bu fikrindən qaçsa da, bizdə bu sözün ifadə olunduğu lent yazısı var. Fakt faktlığında qalır.
- Baş verənlərdən Mədəniyyət Nazirliyinin xəbəri var?
- Bəli, onlar baş verənləri bilir. Sadəcə, indi teatrlar məzuniyyətdədir. Bizə heç nə deməyiblər. Ancaq Cənnət xanım qazını bir balaca azaltsa, yaxşı olar.
- Azaltmasa...
- Cənnət xanım axırıncı dəfə mənə deyib ki, növbəti mövsüm, yəni sentyabrdan mənimlə işləməyəcək, ya da o deyəni eləməliyəm. Mən başa düşə bilmirəm, bu teatra həyatımın 20 ilini vermişəm, indi niyə belə dilemma qarşısında qalmalıyam?
- Demək itirməkdən qorxursunuz?
- Mən heç nədən və heç kimdən qorxmuram. Sadəcə, mənə işləməyə şərait yaratsınlar. Mənim tamaşalarım dünyanın bir çox ölkəsində oynanılıb, mükafatlar qazanmışam. Mənim 18 yox, 38 yaşım var. Cənnət xanım məni yenidən formalaşdırmaq istəyirsə, bu alınmayacaq. Mənim müəllimim Bəxtiyar Xanızadədir. Mən ondan öyrənmişəm. Cənnət Səlimovadan öyrənməyə ehtiyacım yoxdur. İstədiyim iki şey var - işləməyə şərait və millətimə hörmət.
- Dedikləriniz olmasa...
- Yəqin ki, teatrdan gedərəm.
- Hara?
- Bilmirəm.
- Hər halda 20 illik teatr təcrübəsi olan bir rejissorun getməyə yeri olar...
- Əlbəttə var. Amma hələlik açıqlamaq istəmirəm. Həm ölkə daxilindən, həm də xaricdən təkliflər var. Hələlik heç nəyi müəyyənləşdirməmişəm. Sadəcə olaraq, bilirsiniz, mənim üçün bu teatrı dəyişmək, həyat yoldaşımdan boşanmağa bənzəyir. Bu isə məndən ötrü çox ağır bir şey olardı. Axı bu ocağın hər daşı, divarı mənə doğmadır. 38 illik ömrümün 20 ilini burada keçirmişəm. Bilmirəm necə izah eləyim... Mənim indi yaradıcılığımın pik nöqtəsi gəlməlidir. Baxmayaraq ki, heç bir fəxri adım, titulum, evim yoxdur. Bunların heç biri mənə işdən kənarda qalmaq qorxusu qədər təsir eləmir. Məhz bu teatrdan söhbət gedir. Mən 14 tamaşanın rejissoru, 60-70 rolun ifaçısıyam.
- Niyə bəs fəxri ad, ev vermirlər sizə?
- Heç maraqlanmıram. Bircə ev versələr, sevinərəm. Evi də ki, fəxri adı olanlara verirlər.
- Bəs harada qalırsınız?
- Qayınanamgildə. Əsas odur ki, heç kimə əl açmıram. Həm aktyor, həm rejissor kimi maaşımın ikisi bir yerdə 271 manatdır.
- Neçə övladınız var?
- 2 oğlum var. Biri 12, biri isə 8 yaşındadır. Onlar Gənc Tamaşaçılar Teatrının tamaşalarında oynayırlar. Hətta buna görə qonorar da alırlar. İstedadlı uşaqlardır. Amma istəmirəm ki, mənim kimi zülmlü yolla getsinlər. Çalışıram başqa iş tapsınlar özlərinə.
- Bəs onların ehtiyaclarını necə ödəyirsiniz?
- Onlara müsbət cavab vermək üçün axşama kimi qaçıram. Teatrdan dublyaja, oradan restorana, oradan da toya... Vəziyyət belədir. Kişi ayaqyolu da təmizləyib ailəsini saxlamalıdır. Ancaq restorandan çıxıb gecə saat 2-də evə gələndən sonra 4-ə kimi yata bilmirsən, adamın qulaqları partlayır.
- Sirr deyilsə, toylara tamadalığa neçəyə gedirsiniz?
- Bu barədə toya dəvət eləyəndə danışarıq. Çalışıram qazandığım hörməti saxlayım.
- Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə münasibətləriniz necədir?
- Həm nazir, həm də onun müavini ilə münasibətim normaldır. Heç birindən narazı deyiləm. Bəlkə də özüm maraqlanmıram, ona görə də problemlərim həll olunmur. Belə bir söz var axı, “Ağlamayana pəpə yoxdur”.
- Bəlkə ağlayasınız?
- Yox, mən bunu bacarmaram. Hərdən qəzet alıb evlərin qiymətinə baxıram. Az qalıram dəhşətdən dəli olam.
- Ağlamayanda da adamın ürəyi infarkt olur. Bunu bilməmiş olmazsınız...
- Ona görə də ildə bir dəfə ürəyə görə müalicə olunuram.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Şimali Kipr sahillərində göyərtəsində 267 nəfər olan gəmi batıb, 237 nəfər xilas edilib, 7 nəfər ölüb- YENİLƏNİB-3
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır