Bank Of Baku

Qəbələdə açıq səma altında muzey yaradılacaq - FOTO

Qəbələdə açıq səma altında muzey yaradılacaq - <font color=red>FOTO</font>
# 09 avqust 2010 07:21 (UTC +04:00)
Qəbələ. Ülkər Qasımova - APA. Qəbələdə açıq səma altında muzey yaradılacaq. APA-nın Qəbələyə ezam olunan müxbirinin məlumatına görə, bunu Qəbələ rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova deyib. Onun sözlərinə görə, həmn ərazidə qazıntı işləri çox intensiv şəkildə aparılıb və yaxın zamanlarda muzeyin yaradılmasına başlanılacaq. N. Qafarova açıq səma altında yaradılacaq muzeyin layihəsinin də hazır olduğunu diqqətə çatdırıb. Bu muzey Azərbaycan və Koreyanın birgə əməkdaşlığı ilə yaradılacaq. O bildirib ki, muzeyin yaradılması iki ilə yaxın vaxt aparacaq: “Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhəri öz dövründə Pompey kimi bir şəhərlə müqayisə olunub. Hazırda bu rayonun xarabalıqlarını üzə çıxarmaq istiqamətində intensiv qazıntı işləri aparılır. Bu xarabalıqları torpaq altından çıxdıqdan sonra yaradılacaq muzeyə çoxsaylı turistlər də maraq göstərəcək”.
Şöbə müdiri onu da əlavə edib ki, Qəbələ Tarix-Mədəniyyət Qoruğunun artıq bütün ərazi mühafizə məqsədi ilə hasara alınıb. Eləcə də Qəbələdə XIV-XVI əsrə aid olan ölkə əhəmiyyətli tarixi abidlər siyahısına aid olan Həzrə türbələrində bərpa işləri aparılıb. Onun sözlərinə görə, bu bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR