Bank Of Baku

Azərbaycanla Litva arasında “Küləyin yuxusu” adlı mədəniyyət layihəsi həyata keçiriləcək

Azərbaycanla Litva arasında “Küləyin yuxusu” adlı mədəniyyət layihəsi həyata keçiriləcək
# 16 avqust 2010 16:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanla Litva arasında yeni mədəniyyət layihəsi həyata keçiriləcək. APA-nın məlumatına görə, bu layihə “Küləyin yuxusu” adı altında hazırlanacaq və iki ölkənin musiqiçiləri layihədə iştirak edəcək. Layihənin təqdimatının gələn ilin aprelində keçirilməsi planlaşdırılır. Bu, Azərbaycanla Litva arasında həyata keçirilən ikinci mədəniyyət layihəsidir. Layihə hər iki ölkənin Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənib.

Xatırladaq ki, Azərbaycanla Litva arasında ilk mədəniyyət layihəsi Heydər Əliyev Sarayında təqdimatı keçirilən “Notre Dame De Pari” musiqili tamaşası olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR