Bank Of Baku

Aleksandrinki Teatrının rejissoru İsgəndər Sakayev Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşa hazırlayacaq

Aleksandrinki Teatrının rejissoru İsgəndər Sakayev Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşa hazırlayacaq
# 17 avqust 2010 08:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sankt-Peterburq şəhərinin Aleksandrinki Teatrının rejissoru İsgəndər Sakayev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşa səhnələşdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya verilən məlumata görə, bu məqsədlə rusiyalı rejissor avqustun sonlarında Bakıya gələcək. İsgəndər Sakayev Rus Dram Teatrında Uilyam Şekspirin məşhur “Yay gecəsində yuxu” əsərini tamaşaya hazırlayacaq.

Qeyd edək ki, xarici teatrların Azərbaycan teatrlarında tamaşa hazırlanması ölkə başçısının “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının xarici ölkələrin tanınmış teatr kollektivlərinin Azərbaycana dəvət olunması bəndinə uyğun olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR