Bank Of Baku

“Savalan” qrupu fəaliyyətinin 10 illik yubileyini qeyd edir

“Savalan” qrupu fəaliyyətinin 10 illik yubileyini qeyd edir
# 17 avqust 2010 12:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Savalan” mistik qrupu bu il fəaliyyətinin 10 ilik yubileyini qeyd edəcək. Bu barədə APA-ya məlumat verən qrupun rəhbəri Novruz Novruzlu bildirib ki, yubileylə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Hələlik yubileylə bağlı hansısa bir tədbir müəyyənləşdirməmişik. Ancaq gözləyirik ki, bizim üçün buna şərait yaradılacaq. Qrupumuzun fəaliyyətinin 10 ili elə bu ərəfələrdə tam olacaq. Ümidvarıq ki, yubileyi keçirə biləcəyik və bunun üçün planlarımız çoxdur”. N. Novruzlu bildirib ki, rəhbərlik etdiyi qrupla yanaşı bu günlərdə onun öz yubileyi də olub. İfaçı 50 illik yubileyini sənət dostları və yaxınları ilə birgə qeyd edib: “Ötən həftənin sonunda 50 illik yubileyim qeyd olundu. Yubiley tədbirində çoxsaylı sənət dostlarım iştirak edirdi və məni öz musiqi töhfələri ilə təbrik etdilər. Mənim üçün yubileyimdə aldığım ən dəyərli hədiyyə dostlarımın yanımda olması idi. 50 yaşım olsa da, mən özümü 25 yaşında hiss edirəm”.

N. Novruzlu onu da deyib ki, bu ilin oktyabrında “Savalan” qrupunun “Dədə Qorqud” festivalında iştirakı da planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR