Bank Of Baku

Dövlət Film Fondunda bəstəkar Rafiq Babayevin şəxsi arxiv fondu yaradılıb

Dövlət Film Fondunda bəstəkar Rafiq Babayevin şəxsi arxiv fondu yaradılıb
# 17 avqust 2010 15:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Görkəmli bəstəkar, Azərbaycanın bir çox bədii filmlərinə musiqi yazmış Rafiq Babayevin foto sənədləri və başqa arxiv materialları Dövlət Film Fonduna təqdim olunub. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bu arxiv materialları bəstəkarın qızı Farizə Babayeva tərəfindən verilib. Əldə olunan materiallar əsasında Dövlət Film Fondunda Rafiq Babayevin şəxsi arxiv fondu yaradılıb.

Bununla bərabər əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun şəxsi kino və video arxivi də bəstəkar tərəfindən fonda təhvil verilir. Fond rəhbərinin sözlərinə görə, bu yaxınlarda bəstəkarın atası görkəmli tarzən, xalq artisti Bəhram Mansurovun da şəxsi kino arxivi fonda çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR