Bank Of Baku

Dövlət Film Fonduna Ukraynadan Azərbaycanın görkəmli opera müğənnisi Şövkət Məmmədovanın foto-sənədləri daxil olub

Dövlət Film Fonduna Ukraynadan Azərbaycanın görkəmli opera müğənnisi Şövkət Məmmədovanın foto-sənədləri daxil olub
# 17 avqust 2010 15:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ukrayna vətəndaşının şəxsi arxivindən Azərbaycanın görkəmli opera müğənnisi Şövkət Məmmədovanın foto-sənədləri Dövlət Film Fonduna daxil olub. Fonddan APA-ya verilən məlumata əsasən təqdim olunan fotolar beş ədəddir. Opera müğənnisinə məxsus olan arxiv materiallarının davamlı olaraq fonda daxil olacağı gözlənilir.

Qeyd edək ki, Şövkət Məmmədova Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi), Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka), Nərgiz ("Nərgiz", Müslüm bəy Maqomayev), Gülzar ("Şahsənəm", Reynqold Qlier), Gülçöhrə ("Arşm mal alan" Üzeyir Hacıbəyov) və bu kimi çoxsaylı operalarda yaddaqalan obrazlar yaradıb. 1981-ci ildə dünyasını dəyişən Şövkət Məmmədova adına Bakıda Opera studiyası və küçə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR