Bank Of Baku

Azərbaycan və Özbəkistan Dövlət Film fondları arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan və Özbəkistan Dövlət Film fondları arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacaq
# 18 avqust 2010 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qsımova-APA. Azərbaycan Dövlət Film Fondu Özbəkistan Film Fondu ilə əməkdaşlıq edəcək. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, bu məqsədlə sözügedən fondla əməkdaşlıq haqqında memorandumun da imzalanması nəzərdə tutulur. Memorandumun imzalanması üçün Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinin bu ilin noyabrında Özbəkistana səfəri planlaşdırılır. C. Quliyevin sözlərinə görə, əməkdaşlıq haqqında protokol imzalandıqdan sonra Özbəkistan Film Fondunda Azərbaycan kinosuna məxsus maraqlı materiallar Azərbaycan Dövlət Film Fonduna verilməsi üçün işlər həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR