Bank Of Baku

MTV Avropa regional bürosu: MTV Metyu Goldşteynə Azərbaycanda hansısa tədbir təşkil etmək səlahiyyəti verməyib

MTV Avropa regional bürosu: MTV Metyu Goldşteynə Azərbaycanda hansısa tədbir təşkil etmək səlahiyyəti verməyib
# 18 avqust 2010 12:53 (UTC +04:00)
Bu açıqlama APA-nın sualına cavab olaraq MTV-nin Polşada yerləşən Avropa regional bürosundan verilib.

Bürodan bildirilib ki, Azərbaycanda özünü MTV-nin Avrasiya üzrə regional direktoru kimi təqdim edən Metyu Goldşteyn sadəcə bu kanalın kənardan əməkdaşıdır. Bu şəxsə Azərbaycanda böyük promouşn olunan və sonunda baş tutmayan MTV şousunda və ya hər hansısa layihədə MTV-nin loqosundan istifadə etməyə icazə verilməyib. “Bu şəxs dediyiniz layihənin, eyni zamanda konsertin promouşununda, hətta mətbuat materiallarında və ya hər hansısa məqalədə MTV-nin loqosundan istifadə edə bilməz. Çünki MTV adından layihə təşkil edən hansısa şəxsə bu tədbiri keçirmək üçün MTV-dən rəsmi icazə verilməlidir. Yalnız bundan sonra MTV-nin loqosundan istifadə etmək olar”, - deyə bürodan bildirilib.

Mətbuatda MTV-nin rəsmi nümayəndələri olaraq Alex Okosi və Neil Sharmanın məsələ ilə bağlı Azərbaycana gələcəyi yazılır. Ancaq APA-nın bununla bağlı sualına MTV-nin Avropa regional bürosundan cavab verilməyib, bildirilib ki, sual məsələ tam aydınlaşdıqdan sonra cavablandırılacaq.

Qeyd edək ki, M. Goldşteyn özünü Bakıda MTV-nin Avrasiya regional bürosunun rəhbəri kimi təqdim edib. Ötən ayın ortalarında Azərbaycana səfər edən M. Goldşteyn keçirdiyi mətbuat konfransında məşhur MTV kanalı adından rəsmi açıqlamalar verib, “MTV Azərbaycan” kanalının açılması istiqamətində danışıqların getdiyini deyib.

“Güman edirəm ki, ilin sonunda artıq bununla bağlı konkret qərar qəbul ediləcək və “MTV Azərbaycan” kanalı fəaliyyətə başlayacaq. Fikrimcə, Azərbaycan musiqi sevən və əsil musiqiyə qiymət verməyi bacaran bir ölkədir. Biz kanal olaraq Azərbaycanda bir sıra layihələr həyata keçirməyi düşünürük. “MTV Azərbaycan” kanalında dünyanın bütün musiqi örnəklərindən istifadə olunacaq. “MTV Azərbaycan”da rus pop, hip-hop janrında musiqilər səslənəcək. Təbii ki, Azərbaycan musiqilərinə də yer veriləcək. MTV-nin Azərbaycanda açılması üçün güclü potensialınız var. Amma kanalın nə vaxt açılacağını söyləyə bilmərəm”, - deyə M. Goldşteyn mətbuat konfransında bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR