Bank Of Baku

Berlində Azərbaycan rəssamlarının əsərləri sərgilənəcək

Berlində Azərbaycan rəssamlarının əsərləri sərgilənəcək
# 19 avqust 2010 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın paytaxtı Berlində Azərbaycan rəssamlarının sərgisi təşkil olunacaq. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya bildirib ki, sərginin oktyabrın sonlarında keçirilməsi razılaşdırılıb. Sərgidə rəssamların dekorativ-təsviri sənət janrında olan əl işləri almaniyalı sənətsevərlərin ixtiyarına veriləcək. Ə. Qarayev deyib ki, sərgidə 15 rəssamın 40-a yaxın sərgisinin nümayişi nəzərdə tutulur.

İttifaq katibi sentyabrın 2-dən 7-dək Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycanın gənc rəssamlarının sərgisinin təşkil olunacağını da açıqlayıb. Sərgidə Azərbaycanın 20 gənc rəssamının müxtəlif janrda 60-a yaxın əsərinin nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR