Bank Of Baku

Yapon kuklaları üzrə mütəxəssis Azərbaycana gələcək

Yapon kuklaları üzrə mütəxəssis Azərbaycana gələcək
# 20 avqust 2010 10:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Yapon kuklaları üzrə mütəxəssis Mika Mori Azərbaycana gələcək. Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərdə məqsədi yapon kuklalarının tarixi və bədii kukla hərəkatı mövzusunda mühazirə oxumaqdır. Mühazirə avqustun 24-də Azərbaycan Dövlət Kukla Teatrında olacaq. Eyni məkanda yapon kuklalarının sərgisi də keçiriləcək.

Xanım Mori bütün dünyada ənənəvi yapon mədəniyyətini təbliğ etməklə məşğuldur. O, yapon kuklaları mövzusunda Avropa ölkələri, ABŞ, Türkiyə və Gürcüstan kimi 10-dan çox ölkədə mühazirə oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR