Bank Of Baku

MTV-nin tədbirlərin təşkili üzrə rəhbəri Azərbaycanda səfərdədir

MTV-nin tədbirlərin təşkili üzrə rəhbəri Azərbaycanda səfərdədir
# 23 avqust 2010 10:18 (UTC +04:00)
Bu barədə APA-ya “MTV Networks İnternational”-ın kommunikasiya üzrə direktoru Liin-Mey Li bildirib. Liin-Mey Li bildirib ki, hazırda Nail Sharma və Metyu Goldşteyn İ.D.E.A. agentliyi ilə birgə Azərbaycanda biznes yaratmağın imkanları üzərində işləyirlər.

Azərbaycanda səfərdə olan Metyu Goldşteyn bu gün APA-ya ünvanladığı məktubda yerli mediada yazılan məqalələrə etirazını bildirib və yazılanlarla razı olmadığını qeyd edib. Azərbaycanın bəzi KİV-ində onun imicinə zərər gətirən məqalələrin dərc olunmasından da şikayətlənən M. Goldşteyn məktubunda onu da bildirib ki, MTV kanalının mədəniyyət layihəsinin həyata keçirilməsi üçün başqa ölkələr arasında məhz Azərbaycanı seçib: “İş burasındadır ki, əvvəlcədən mən burada insanların qonaqpərvərliyini, turizm üçün inkişaf infrastrukturunun və tolerantlığının şahidi oldum. Burada müxtəlif musiqi janrlarının yayımlanması üçün əlverişli şərait var. Bəzi KIV-də dərc olunan məqalələrə baxmayaraq, biz Azərbaycanda öz işimizi davam etdirəcəyik”.

M. Goldşteyn, eləcə də Azərbaycan mediasının MTV-nin rəsmi mövqeyini öyrənmədən bu məqalələrin dərc olunmasından şikayətçidir.

Məktubun əvvəlində isə M. Goldşteyn özünü MTV-nin Avrasiya regional bürosunun rəhbəri kimi təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR