Bank Of Baku

Alim Qasımov: “Musiqilərimizə gözəl ifa ilə sahiblənməliyik”

Alim Qasımov: “Musiqilərimizə gözəl ifa ilə sahiblənməliyik”
# 23 avqust 2010 14:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Ermənilərin Azərbaycan musiqilərini öz musiqisi kimi təqdim etməsinin qarşısını almaq mümkün deyil, biz ancaq bu musiqiləri gözəl ifa etməklə özümüzə məxsus olduğunu sübut etməliyik”. Bu fikirləri APA-ya xalq artisti, xanəndə Alim Qasımov ermənilərin xalq mahnılarımızı oğurlayaraq öz adlarına çıxarmalarına münasibət bildirərkən deyib. Xanəndə bildirib ki, musiqilərin dünyada ifa olunması gözəl haldır: “Elə söz, musiqi, kompozisiya var ki, dünyəvilik qazanır. Bizim musiqilər də dünyəvilik qazanıb və biz dünyaya deyə bilmərik ki, bizim mahnılarını ifa etməyin. Biz sevinməliyik və bununla da fəxr etməliyik. Ancaq biz yatmamalıyıq və bizə məxsus olan bu mahnıları özümüzə məxsus yüksək səviyyədə ifa etməliyik ki, lazım gələndə hər bir kəsin ağla qaranı ayıra bilsin. Onlar musiqilərimizi öz adlarından təqdim edirlər, ancaq gərək biz bu mahnıları elə təqdim edək ki, hamı bilsin ki, bu bizim musiqimizdir, bizə məxsusdur”.

Alim Qasımov eləcə də, dünya ictimaiyyətinin bu mahnıların bizə məxsus olduğundan yetəri qədər xəbərdar olduqlarını diqqətə çatdırıb. Xanəndə deyib ki, Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i 10 il bundan əvvəl İsveç televiziyasında ifa edib və elə on ildir ki bu musiqi bütün Avropada Azərbaycan mahnısı kimi səslənir: “Hirslənmək lazım deyil, sadəcə daha möhkəm çalışmaq və bu problemi dəf etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR