Bank Of Baku

Alim Qasımov azan ifa etmək arzusundadır

Alim Qasımov azan ifa etmək arzusundadır
# 24 avqust 2010 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, xanəndə Alim Qasımov azan oxumaq arzusundadır. Bu barədə APA-ya məlumat verən muğam ifaçısı bunun üçün illərlə çalışmalı olduğunu bildirib: “Bir neçə yerdə namazlarda azan vermişəm. Elə bilirdim ki, mən də gözəl azan deyərəm. Necə deyərlər, avazım yaxşıdır, amma oxuduğum “Quran” olmadığına görə, bir az çətinlik əmələ gəlir. “Quran” elmi, ““Quran” avazı ilə oxumaq” deyilən məfhum var, mən ondan xəbərsizəm. Bədahətən oxuya bilərəm, lakin o zaman da elmsiz alınacaq. Sözlərin deyilişi, nəfəs oxşamalıdır. Məhz bundan qorxduğum üçün qabarıq şəkildə oxuya və lentə yazdıra bilmirəm. Ancaq azanı oxumaq çox böyük arzumdur. İllərlə çalışıb, az da olsa, elmi də ifaya qata bilsəm, səsləndirəcəyəm”.

Hər il Müqəddəs Ramazan ayında oruc tutub, ibadət etdiyini deyən Alim Qasımov bu il də ənənəsinə sadiq qaldığını açıqlayıb. O, Ramazan ayı müddətində müqəddəs Ümrə ziyarətinə getmək fikrində olduğunu deyib: “Ümrə ziyarətə getmək istəyindəyəm. Əslində avqustun 22-də artıq İstanbulda olmalı və Ümrəyə getməli idik. Ancaq Ramazan ayı olduğu üçün viza məsələsi bir az gecikir. Əgər alınsa, avqustun 26-da ziyarətə gedəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR