Bank Of Baku

Azərbaycanlı memar Ankarada yaradılacaq “Ülkücü şəhidliyi” abidəsinin layihəsini hazırlayıb

Azərbaycanlı memar Ankarada yaradılacaq “Ülkücü şəhidliyi” abidəsinin layihəsini hazırlayıb
# 25 avqust 2010 10:41 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Azərbaycan Milli Elmlər Akadamiyasının müxbir üzvü, tanınmış memar Cəfər Qiyasi Türkiyənin paytaxtı Ankara yaxınlığnda yaradılacaq “Ülkücü şəhidliyi”nin layihəsini hazırlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə gtörə, şəhidliyin layihəsinin sifarişçisi Milliyyətçi Hərəkat Partiyasıdır.

Layihə üzərində işləri tamamlamaq məqsədilə Türkiyədə olan Cəfər Qiyasi MHP lideri Dövlət Bağçalı tərəfindən qəbul edilib. C. Qiyasi APA-ya açıqlamasında abidənin 800 kvadrat metrlik sahəni əhatə edəcəyini deüyib: “Abidənin təməlində MHP bayrağında da əksini tapan və ülkücülərin rəmzi olan 3 sütun durur. Dağın yamacında inşa ediləcək abidənin qarşısında ziyarət üçün geniş meydan var. Abidənin yerləşdiyi məkanın adı “Sultan Səncər ülkücülər kəndi”dir. Tikintiyə də mən nəzarət edəcəyəm. Hörmətli Bağçalı ilə çox səmimi görüşümüz oldu”.

C. Qiyasi “Ülkücü şəhidliyi” abidəsinin tikintisinə qısa müddətdə başlanacağını və gələn il mayın 3-də - Dünya Türklük Günündə abidənin açılışının nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR