Bank Of Baku

Xalq artisti Ramiz Məlik filmdə Üzeyir Hacıbəylinin obrazını canlandırıb

Xalq artisti Ramiz Məlik filmdə Üzeyir Hacıbəylinin obrazını canlandırıb
# 25 avqust 2010 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik filmdə dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin obrazını canlandırıb. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan “Əbədi iftixarımız” bədii-sənədli televiziya filmi Üzeyir Hacıbəylinin 125 illik yubileyi ərəfəsində təqdim olunacaq. Filmin quruluşçu rejissoru Tahirə Hüseynovanın APA-ya verdiyi məlumata görə, film bəstəkarın yubileyində sənətsevərlərə əsl hədiyyə olacaq: “Üzeyir bəy haqqında film çəkərkən böyük məsuliyyət hiss etdim. Filmi çəkərkən istər-istəməz Üzeyir Hacıbəyli dünyasına daxil oldum və özüm üçün yeni bir Üzeyir kəşf etdim. Onun haqqında film çəkməyimlə qürur hissi keçirirəm. Filmdə Üzeyir bəyin vizual obrazını canlandırmaq çətin olsa da, bu filmdə bu obrazı xalq artisti Ramiz Məlik canlandırır”.
T. Hüseynovanın sözlərinə görə, filmin çəkilişi üç ay davam edib və filmdə Üzeyir bəyin həyatının maraqlı anlarına toxunulub. Çəkilişlər Şirvanşahlar Sarayı Kompleksində və Üzeyir Hacıbəylinin Ev Muzeyində aparılıb. Filmin quruluşçu operatoru Zahid Bağırov, montajçısı Hüseyn Hüseynovdur. Rejissorun bildirdiyinə görə, filmdə bu il 125 illik yubileyi qeyd olunan Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı barədə elə məqamlar var ki, bu barədə ilk dəfə məlumat verilir. Filmin təqdimatının 18 sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum günündə təqdim olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR