Bank Of Baku

“Boney M” qrupunun Azərbaycanda konsertinin vaxtı dəyişdirilib

“Boney M” qrupunun Azərbaycanda konsertinin vaxtı dəyişdirilib
# 28 avqust 2010 08:58 (UTC +04:00)
Konsertin təşkilatçısı olan “Studiya 2 Night club & Resort”dan APA-ya verilən məlumata görə, bunun səbəbi qrupun üzvlərindən biri, 61 yaşlı Bobbi Farrelin səhhətində problem yaranmasıdır. B. Farrel özünü pis hiss etdiyindən təyin olunmuş vaxtda Azərbaycana gələ bilməyəcək. Konsertin sentyabrın 4-də keçiriləcəyi bildirilir. Konsertin yeri isə dəyişilməz qalır - Mərdəkandakı “Aguapark”.

Qeyd edək ki, bir neçə il əvvəl məşhur qrup dağılıb və qrupun dörd üzvündən Liz Mitchell, Marcia Barrett və Maizie Williams qrupdan ayrılıb. Hazırda “Boney M” qrupunda keçmiş heyətindən ancaq Bobbi Farrell qalıb. Azərbaycanda keçiriləcək konsertdə B. Farrel yeni üç qrup üzvü ilə tamaşaçısı qarşısına çıxacaq. Biletlər yerindən asılı olaraq 50-80-120 manata satışa çıxarılıb. Konsertdən sonra dj Chinanın iştirakı ilə gənclər üçün xüsusi diskotekanın təşkili nəzərdə tutulur.

Qeyd edək ki, məşhur “Boney M” qrupu 1975-ci ildə alman prodüseri Frank Farian tərəfindən yaradılıb. Bu, qrupun Azərbaycana ikinci səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR