Bank Of Baku

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun tədbiri keçiriləcək

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun tədbiri keçiriləcək
# 30 avqust 2010 11:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Niyazinin mənzil muzeyində keçirilməsi nəzərdə tutulan tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ II Musiqi Festivalının iştirakçıları ilə görüş olacaq. Festival iştirakçıları – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, respublikanın əməkdar artistləri, beynəlxalq müsabiqələr laureatları Yeganə Axundova, Murad Hüseynov, pianoçu Səidə Tağızadə, violonçelist Aleksey Miltıx, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artist Gülnaz İsmayılova, Səbinə Əsədova, Fəridə Məmmədova və başqaları klubun üzvləri ilə festival haqqında təəssüratlarını bölüşəcək, musiqilər ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR