Bank Of Baku

Ukraynada keçirilən beynəlxalq kinofestivalda Azərbaycanı təmsil edən “Bir addım” filmi “Peşəkar” bölməsində mükafat qazanıb – FOTO

Ukraynada keçirilən beynəlxalq kinofestivalda Azərbaycanı təmsil edən “Bir addım” filmi “Peşəkar” bölməsində mükafat qazanıb – <font color=red>FOTO </font>
# 30 avqust 2010 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Ukraynanın İrpen şəhərində kecirilən VIII beynəlxalq “İrpen” kinofetivalının “Peşəkar” bölməsində ikinci mükafata layiq görülüb. Filmin prodüseri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, festival 28-29 avqust tarixlərində baş tutub və bu festivalın özəlliyi iştirakçılara münsiflərin yox, tamaşaçıların səs verməsi olub. Sözügedən festivalda Azərbaycanla yanaşı, dünyanın 56 ölkəsi iştirak edib. Ölkəmizi bu festivalda yalnız Fariz Əhmədovun və Nərgiz Bağırzadənin lentə aldığı “Bir addım” qısametrajlı bədii filmi iştirak etmək hüququ qazanıb və mükafat əldə edib.

Xatırladaq ki, film 2009 -cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan bu ekran - 2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Aliyev, prodüserləri isə Rəşad Qasımov və Fariz Əhmədovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Filmdə baş rollara Gülzar Qurbanova, Pərviz Məmədrzayev və Nərminə Kərimova çəkiliblər. “Bir addım” filmində baş rolun ifaçısı Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı şəxsdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR