Bank Of Baku

Vyanada Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi qeyd olunacaq

Vyanada Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi qeyd olunacaq
# 01 sentyabr 2010 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Vyanada Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə konsert təşkil ediləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin APA-ya verdiyi məlumata görə, konsertin sentyabrın 19-da keçirilməsi nəzərdə tutulur. Konsert Vyanada ucaldılmış bəstəkarın heykəlinin önündə baş tutacaq. Konsertdə Dövlət Kamera Orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, tarzən Ramiz Quliyev, Azər Zeynalov, eləcə də Fəridə Məmmədova və gənc dirijor Əyyub Quliyev çıxış edəcək.
F. Bədəlbəylinin bildirdiyinə görə, Vyanadakı yubiley konsertində Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyevin unudulmaz əsərləri səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR