Bank Of Baku

Azərbaycanı “Kinoşok” və Batumi beynəlxalq film festivallarında “Kuklalar” filmi təmsil edəcək

Azərbaycanı “Kinoşok” və Batumi beynəlxalq film festivallarında “Kuklalar” filmi təmsil edəcək
# 01 sentyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan sentyabrın 12-dən 21-dək Anapa şəhərində keçiriləcək “Kinoşok” beynəlxalq film festivalında təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, festivalda Çingiz Rəsulzadənin rejissoru olduğu “Kuklalar” filmi nümayiş olunacaq. Sözügedən film eyni zamanda Batumidə keçiriləcək beynəlxalq film festivalında Azərbaycanı təmsil edəcək. Bu festival da sentyabrın 12-də start götürəcək. Hər iki beynəlxalq film festivalında çoxsaylı ölkələrin iştirakı gözlənilir.

Qeyd edək ki, “Kuklalar” filminin ssenari müəllifləri Ramiz Fətəliyev, Çingiz Rəsulzadə, rejissoru Çingiz Rəsulzadə, operatoru Yuri Varnovski, rəssamı Rövşən Mehdiyevdir. Filmdə Mehriban Xanlarova, Abbas Qəhrəmanov, Nübar Novruzova, Xalidə Quliyeva, Cavid Quliyev və başqaları çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR