Bank Of Baku

Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin çəkilişləri başa çatıb

Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin çəkilişləri başa çatıb
# 01 sentyabr 2010 13:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Nərimanfilm” kinostudiyasında istehsal olunan “Sahə” (The Precinct) bədii tammetrajlı filminin istehsalı başa çatıb. Kinostudiyadan APA-ya verilən məlumata görə, ssenari müəllifi və rejissoru İlqar Safat olan filmdə məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film Azərbaycan və Gürcüstanın müştərək istehsalıdır, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gətirilib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Filmin quruluşçu operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur. Filmin Azərbaycanda premyerası 2010-cu ilin payızına planlaşdırılır.

“Sahə” hekayəsi maraqlı janrlar kəsişməsini – fövqəltəbiilik ilə misteriyanı – özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir. Belə ki, bu, xaricə səyahət edə biləcək hekayəni nəql etmə gücünə malik olan bir mədəniyyətdir və bu mədəniyyətə çox az kinematoqrafik baxış var. Bu, keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR