Bank Of Baku

Musiqili Komediya Teatrında Qoqolun anadan olmasının 200 illiyi münasibətilə əsəri səhnələşdiriləcək

Musiqili Komediya Teatrında Qoqolun anadan olmasının 200 illiyi münasibətilə əsəri səhnələşdiriləcək
# 01 sentyabr 2010 15:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Böyük rus yazıçısı Nikolay Qoqolun anadan olmasının 200 illiyi münasibətilə ədibin məşhur “Evlənmə” əsəri Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulacaq. Teatrdan APA-ya verilən məlumata görə, artıq tamaşanın məşqlərinə başlanılıb. Baş rollarda xalq artistləri Yaşar Nuri, Məleykə Əsədova və Şükufə Yusifova oynayacaqlar. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Vaqif Məstanov, baletmeysterləri isə Zakir və Leyla Ağayevlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR