Bank Of Baku

Kino günü ilə bağlı bir qrup kino veteranına mükafat veriləcək

Kino günü ilə bağlı bir qrup kino veteranına mükafat veriləcək
# 26 iyul 2011 11:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Avqustun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kino gününə həsr olunmuş bədii gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilki bayram tədbirində dövlət sifarişi ilə “Bizim kino” prodüser mərkəzində istehsal olunmuş, rejissor Yavər Rzayevin “İlahi məxluq” bədii filmi nümayiş etdiriləcək. Həmin gün “Azərbaycanfilm” kinostudiyasının fondlarında saxlanılan geyimlərdən ibarət “Azərbaycan kino geyimləri” sərgisinin təqdimatı da təşkil olunacaq.

Peşə bayramı günü bir qrup kino veteranına pul mükafatları veriləcək, bu ilki “Bu meydan, bu ekran” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR