Bank Of Baku

Sumqayıt şəhərində “Kinomuzun dünəni, bu günü, sabahı” adlı disput keçiriləcək

Sumqayıt şəhərində “Kinomuzun dünəni, bu günü, sabahı” adlı disput keçiriləcək
# 27 iyul 2011 08:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sumqayıt şəhərində "Kinomuzun dünəni, bu günü, sabahı" adlı disput keçiriləcək. Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi İctimai Birliyi tərəfindən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyinin Konfrans zalında təşkil ediləcək.

Təşkilatdan APA-ya bildirilib ki, sözügedən tədbirin əsas məqsədi 2 Avqust Milli Kino Günü ilə bağlı kinomuzun bu günü, gələcək inkişaf perspektivləri, problemləri barədə söhbət aparmaq, dəvət olunan görkəmli sənətkarlar, kino xadimləri ilə auditoriya arasında birbaşa kontakt yaratmaq, fikir mübadiləsi aparmaq, həmçinin gənc rejissor və aktyorlarla əvvəlki nəsil sənətkarları arasında varislik prinsiplərinin inkişaf meyllərini çözməkdir.

Tədbirdə gənc rejissor Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi çərçivəsində çəkdiyi “Bir addım” qısametrajlı filminin də nümayişi təşkil olunacaq. Qonaqlar sırasında respublikanın xalq artisti Amaliya Pənahova, rejissor Rövşən Almuradlı, xalq artisti Nurəddin Mehdixanlı, Bakı Bələdiyyə Teatrının gənc aktyoru İlqar Musayev də var. Tədbirə şəhərimizin gəncləri ilə yanaşı, ictimai xadimləri, mədəniyyət nümayəndələri də dəvətlidir.

“Kinomuzun dünəni, bu günü, sabahı” adlı disput iyulun 29-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR