Bank Of Baku

“Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib layihələri açıqlanıb

“Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib layihələri açıqlanıb
# 27 iyul 2011 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş “Bu meydan, bu ekran-2011” kino layihələri müsabiqəsinə yekun vurulub. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqənin münsiflər heyətinin qərarına əsasən, qalib kino layihələri təsdiq edilib. Qalib kino layihələr “Orman prodakşn” şirkətinin “Mayak” layihəsi, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru” layihəsi, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat“ layihəsi, “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihəsi yer alıb.

Qeyd edək ki, “Bu meydan, bu ekran” müsabiqəsi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR